11:12
511.jpg)
İran Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Amerika obyektlərinə endirdiyi zərbələr ABŞ-yə 13 milyard dollar ziyan vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ və İsrailin 2026-cı ilin fevralında İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri Tehran Amerikanın hərbi bazalarına 2 mindən çox raket və dron zərbəsi endirib.
Bu zərbələr nəticəsində Birləşmiş Ştatların hərbi bazalarının və ya hərbi texnikasının yerləşdiyi Yaxın Şərqin səkkiz ölkəsindəki azı 20 obyektə ziyan dəyib. Analitiklərin məlumatına görə, İslam Respublikasının qüvvələri ümumilikdə Amerikanın 42-dən çox hərbi təyyarəsini zədələyib və ya məhv edib ki, onların da bir neçəsi aviabazalarda yerləşirdi.
Məryəm Quliyeva