11:09
406
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 113 əcnəbini deportasiya edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
DİN-in məlumatına görə, Gürcüstandan Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, Qazaxıstan, Keniya, Çin, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan, Efiopiya və digər ölkələrin vətəndaşları çıxarılıb.
Deportasiya olunan şəxslərin Gürcüstana girişi qadağan edilib.
Məryəm Quliyeva