Pakistan MN: "ABŞ və İran sülh sazişinə yaxındır" Gündəm

Pakistan MN: "ABŞ və İran sülh sazişinə yaxındır"

ABŞ və İran münaqişənin nizamlanmasına dair "müəyyən növ" saziş bağlamağa yaxındır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə Pakistanın Müdafiə naziri Xataca Asif bildirib.

"Vəziyyət yenidən sülh sazişinin və ya sövdələşmənin xeyrinə cərəyan edir", - deyə o bildirib. "Son iki-üç günün siqnalları göstərir ki, biz müəyyən növ sazişə yaxınıq". ABŞ və İran arasında münaqişənin nizamlanmasında vasitəçi kimi çıxış edən İslam Respublikasının müdafiə idarəsinin rəhbəri əlavə edib ki, davamlı sülhün bərqərar olması Yaxın Şərq regionunun maraqlarına uyğundur.

Məryəm Quliyeva