Salvador sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb Dünya

Salvador sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Salvador sahillərində 5,5 bal gücündə güclü zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu ölkədəki təbii fəlakət barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla çərşənbə günü, avqustun 12-si saat 18:30-da (Cümə axşamı, 13 avqust, saat 03:30-da) qeydə alınıb. Zəlzələnin episentri əhalisi təxminən 6,3 min nəfər olan Çirilagua şəhərindən 52 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 70 kilometr dərinlikdə daxil olub. Bununla belə, tsunami təhlükəsi elan edilməyib.

Məryəm Quliyeva