Ukrayna Litvada sursat istehsalı zavodu tikəcək Dünya

Ukrayna Litvada sursat istehsalı zavodu tikəcək

Dnepr Enerji Mexanika Zavodu (DEMZ) Litvada sursat istehsalı üzrə zavod tikəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Litva Milli Televiziya və Radiosu (LRT) məlumat yayıb.

Litvanın İqtisadiyyat və İnnovasiya Nazirliyi böyük layihə çərçivəsində şirkətlə investisiya sazişinin imzalandığını elan edib. DEMZ Prenay rayonunda müasir sursat yığımı sexi tikəcək, həmçinin sursat hissələrinin istehsalı üçün Alyutus Sənaye parkındakı mövcud sənaye infrastrukturundan istifadə edəcək.

Müəssisə şirkətin "NATO standartlarına cavab verən yeni məhsulların işlənib hazırlanacağı və sınaqdan keçiriləcəyi regional istehsal və innovasiya mərkəzinə" çevriləcək.

Tikinti işlərinin 2026-cı ilin payızında başlaması nəzərdə tutulur.

Məryəm Quliyeva