İspaniya Melilyada dəniz çəpərinin quraşdırılmasına başlayıb Dünya

İspaniya Melilyada dəniz çəpərinin quraşdırılmasına başlayıb

İspaniya Mülki Qvardiyası Şimali Afrikada yerləşən və Mərakeşlə həmsərhəd olan Melilya muxtar şəhərinin cənub dalğaqıranında yeni dəniz çəpərinin quraşdırılmasına başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Qəzetin verdiyi məlumata görə, Mülki Qvardiyada obyektin yerləşdirilməsinin "bir neçə mərhələ tələb etdiyini" qeyd ediblər, buna görə də quraşdırmanın nə vaxt başa çatacağı hələlik dəqiqləşdirilmir. Bu qərar dəniz çəpərinin daha əvvəl ucaldıldığı digər muxtar şəhər olan Seutanın üzləşdiyi miqrasiya böhranı fonunda qəbul edilib.

Məryəm Quliyeva