14:07
546
İraq Kürdüstanı hökumətinin başçısı Məsrur Bərzani şəxsi ofisinin İranın pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qaldığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bərzani "X" sosial şəbəkəsində yazıb.
"İraq Kürdüstanının Anti-Terror Bölməsi tərəfindən aparılan təhqiqatdan sonra məlum oldu ki, bu gün mənim şəxsi ofisim və Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin rəhbərinin iqamətgahı İran dronlarının hücumuna məruz qalıb", — deyə bildirib.
Bölgə hökumətinin rəhbəri hücumları kəskin şəkildə qınayaraq onları "təhlükəli gərginlik və İraq Kürdüstanının təhlükəsizliyinə, sabitliyinə birbaşa təhdid" adlandırıb.
"Bu hücumlar bizi öz vəzifələrimizi yerinə yetirməkdən və vətəndaşlarımızı qorumaqdan çəkindirməyəcək", — deyə Bərzani vurğulayıb.
Məryəm Quliyeva