09:48
406
Omanın xarici işlər naziri Bədr əl-Busaidi avqustun 25-də İrana səfər edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai məlumat verib.
Səfər çərçivəsində əl-Busaidi iranlı həmkarı Abbas Əraqçı ilə danışıqlar aparacaq. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini və regional gündəliyi müzakirə edəcəklər.
Baqainin sözlərinə görə, səfər Tehran və Maskat arasında münasibətlərin möhkəmləndirilməsinə, eləcə də Hörmüz boğazı regionunda sülh və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin davam etdirilməsinə yönəlib.
Məryəm Quliyeva