14:38
476
Slovakiyada Ukraynanın "Skyeton" şirkətinin Preşov şəhəri yaxınlığındakı pilotsuz uçuş aparatları zavoduna qarşı təxribatın qarşısı alınıb. ASTRA-nın məlumatına görə, bu barədə yerli KİV polisə istinadən xəbər verir.
Xalqcebhesi.az xəbər verir ki, regional prokurorluqdan "Reuters" agentliyinə verilən məlumata görə, iki Latviya vətəndaşı və bir Ukrayna vətəndaşı qəsdən yanğın törətməkdə şübhəli bilinərək həbs edilib.
Slovakiya polisi üç xarici vətəndaşa qarşı cəmiyyət üçün təhlükə törədən xüsusilə ağır cinayətin hazırlanması ittihamının irəli sürüldüyünü bəyan edib.
"İlkin məlumatlara görə, hücum anında binada 70-ə yaxın əməkdaş ola bilərdi. İstehsalat sexindəki əmlakın dəyəri, hazırda mövcud olan məlumatlara əsasən, on milyonlarla avroya çatır", - deyə polis bildirib.
Daha əvvəl "The Telegraph" qəzeti Qərb kəşfiyyatlarına istinadən Rusiyanın Avropanın müdafiə sənayesi müəssisələrinə qarşı yeni hücum dalğasına başladığını xəbər vermişdi.
Məryəm Quliyeva