Türkiyə İsrail-Suriya danışıqlarının uğuruna şübhə ilə yanaşır Gündəm

Türkiyə İsrail-Suriya danışıqlarının uğuruna şübhə ilə yanaşır

Türkiyə hakimiyyəti İsrail və Suriya arasında regionda gərginliyin azaldılması üzrə danışıqları dəstəkləyir, lakin yəhudi dövlətinin mövqeyinə görə onların uğur qazanacağına şübhə edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə rəhbərliyindəki mənbələrə istinadən "Al-Monitor" portalı məlumat verib.

"Biz İsrailin Baş naziri Binyamin Netanyahunun administrasiyası tərəfindən Suriya tərəfinin, Suriya lideri Əhməd əl-Şəranın administrasiyasının nümayiş etdirdiyi xoş məramı görmürük", - deyə portalın həmsöhbətlərindən biri qeyd edib.

Bununla yanaşı, Türkiyə hakimiyyəti hesab edir ki, ABŞ-nin vasitəçiliyi ilə aparılan hazırkı danışıqlar yalnız Suriya və İsrail arasında gərginliyin azaldılmasına yönəlib, lakin tərəflər arasındakı daha dərin fikir ayrılıqlarını aradan qaldırılmasına gətirib çıxarmaq iqtidarında deyil.

Məryəm Quliyeva