Pezeşkiyan: ABŞ öhdəliklərinə qayıdarsa, biz də qarşılıq verəcəyik Dünya

Pezeşkiyan: ABŞ öhdəliklərinə qayıdarsa, biz də qarşılıq verəcəyik

İran ABŞ öz öhdəliklərinə qayıdacağı təqdirdə İslamabad memorandumunun şərtlərini yerinə yetirməyə davam edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan bəyan edib.

"Aydındır ki, ABŞ tərəfindən öhdəliklərin pozulması İranın mütənasib cavabı ilə qarşılaşıb. Lakin mən aydın şəkildə bəyan edirəm: əgər ABŞ qeyd olunan anlaşma memorandumu üzrə öz öhdəliklərinin icrasına qayıdarsa, İran İslam Respublikası da dərhal qarşılıq verəcək", — deyə o, ŞƏT Dövlət Başçıları Şurasının iclasında vurğulayıb.

Pezeşkiyan əlavə edib ki, ABŞ-dən fərqli olaraq, İran "beynəlxalq öhdəliklərinə və müqavilələrinə riayət etməkdə qüsursuz təcrübəyə malikdir və hər zaman beynəlxalq hüquq prinsipləri əsasında fəaliyyət göstərib".

Məryəm Quliyeva