21:53
357
Rusiya maliyyə naziri Anton Siluanov və ABŞ maliyyə naziri Skott Bessent ABŞ-ın Şimali Karolina ştatının Eşvill şəhərində keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı çərçivəsində görüşüblər.
APA xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Rusiya-ABŞ maliyyə əlaqələrini və “Böyük iyirmilik” çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
ABŞ mediasının məlumatına görə isə görüşdə Ukraynadakı müharibənin nizamlanması, o cümlədən Donald Trampın sülh planı da müzakirə olunub.
Qeyd edək ki, Anton Siluanov 2022-ci ildən sonra ilk dəfə G20 maliyyə toplantısında şəxsən iştirak edir.