16:16
399
Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.