Bakıda daha bir yolda təmir işlərinə başlanılır İqtisadiyyat

Bakıda daha bir yolda təmir işlərinə başlanılır

Bakının Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, həmçinin Suraxanı rayonunda Elzar Yusubov küçəsində təmir işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən bu müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Bakıda daha bir yolda təmir işlərinə başlanılırBakıda daha bir yolda təmir işlərinə başlanılırBakıda daha bir yolda təmir işlərinə başlanılırBakıda daha bir yolda təmir işlərinə başlanılırBakıda daha bir yolda təmir işlərinə başlanılır