15:30
378
Özbəkistan Çindən J-10CE qırıcı təyyarələri alıb.
Bu barədə “The Aviationist” məlumat yayıb.
Özbəkistanın Çin istehsalı J-10CE qırıcılarını alması avqustun 28-də təsdiqlənib. Çindən ölkəyə ən azı altı belə qırıcı göndərilib.
Daşkəndin ümumilikdə neçə təyyarə aldığı, eləcə də müqavilənin arxasında duran diplomatik və hərbi mexanizmlərin təfərrüatları məlum deyil.
“Hazırda Özbəkistan və Çin arasındakı müqaviləyə hansı silah paketinin daxil edildiyi barədə məlumat yoxdur. Çox güman ki, müqaviləyə qısamənzilli PL-10, ortamənzilli PL-12 və görmə məsafəsindən kənar hədəflər üçün nəzərdə tutulan PL-15 hava-hava tipli raketləri daxildir”, - nəşr əlavə edib.
15:38
322
15:32
343
15:27
378