Böyük Britaniya Hörmüz boğazında tankerin vurulduğunu bildirib Dünya

Böyük Britaniya Hörmüz boğazında tankerin vurulduğunu bildirib

Oman sahilləri yaxınlığında tanker hücuma məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Qlobal Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında bildirilir.

"UKMTO Xəsəbdən (Oman) 17 dəniz mili şərqdə baş vermiş insident barədə məlumat alıb. Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən tankerə üç naməlum mərmi dəyib", — deyə koordinasiya mərkəzindən bildirilib.

UKMTO-nun məlumatına görə, gəmi heyəti təhlükəsizlikdədir, ətraf mühitə dəyən zərər barədə məlumat yoxdur.

Gəminin adı və qeydiyyat limanı da daxil olmaqla digər təfərrüatlar verilmir.

Məryəm Quliyeva