16:31
357![]()
İran ABŞ ilə münaqişənin diplomatiya yolu ilə həllinə əvvəlki kimi sadiqdir, çünki müharibənin davam etməsi heç kimin maraqlarına cavab vermir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan bəyan edib.
"İran razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edir, lakin təəssüf ki, Amerika tərəfi öz öhdəliklərini yerinə yetirməyib. Buna baxmayaraq, biz hələ də razılaşma və qarşılıqlı anlaşma yolunu reallaşdırmağa çalışırıq və əminik ki, müharibənin davam etməsi nə bizim, nə regionun, nə də bütün bəşəriyyətin maraqlarına cavab verir", — deyə Prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirir.
Pezeşkiyanın fikrincə, ABŞ-də Tehran və Vaşinqton arasında gərginliyin daha da artmasına çalışan və bundan özləri üçün mənfəət götürən qüvvələr var. İran isə öz növbəsində Yaxın Şərqdə sabitliyi və təhlükəsizliyi möhkəmləndirməklə dinc yolla irəliləməyin vacibliğinə əmindir.
Məryəm Quliyeva