15:38
364
Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə göndərilə biləcəyi ilə bağlı iddialara yenisi əlavə olunub.
Bu barədə İsrailin “Natziv Net” portalı məlumat yayıb.
Məlumata görə, Misir Türkiyənin inventarında olan S-400-ləri almaq imkanını nəzərdən keçirir. Qeyd olunub ki, hazırda S-300VM hava hücumundan müdafiə sistemlərinə malik olan Misir ordusu Rusiya istehsalı Tor-M1 və Buk-M2 sistemlərindən də istifadə edir.
Qahirə silah təchizatı mənbələrini şaxələndirmək strategiyası çərçivəsində Türkiyədəki S-400 sistemləri ilə maraqlana bilər.
Belə bir satış ehtimalının İsraildə narahatlıqla qarşılandığı da bildirilib. Türkiyənin S-400-ləri satmaq niyyətinin əsas səbəblərindən birinin isə Ankaranın ABŞ-nin F-35 proqramına qayıtmaq üçün qarşısındakı əsas maneələrdən birini aradan qaldırmaq istəyi olduğu deyilib.
Hazırda Misirin Türkiyədən S-400-ləri almaq barədə yekun razılaşma imzaladığına dair rəsmi təsdiq yoxdur.
Xatırladaq ki, bundan əvvəl mediada S-400 sistemlərinin Birləşmiş Ərəb Əmirliklərinə satıla biləcəyi barədə məlumat yayılmışdı.
15:32
378
15:30
406
15:27
399