16:27
350
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Molla Məhərrəmli kəndi ərazisində Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sahil Quliyev Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Füzuli rayon bölməsinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.