16:20
392![]()
İranın İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dron hücumları qarşıdurmanın miqyasını genişləndirə və regionda sabitliyin bərpası imkanlarını zəiflədə bilər.
Bu barədə Misirin Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Rəsmi Qahirə bəyanatında İranın İordaniya və BƏƏ-yə hücumlarını pisləyərək, Yaxın Şərqdə gərginliyin daha da artmasının mümkün nəticələri barədə xəbərdarlıq edib.
Misir həmçinin BƏƏ və İordaniya ilə tam həmrəyliyini ifadə edib, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin, eləcə də vətəndaşların təhlükəsizliyinin və həyatının qorunmasının vacibliyini vurğulayıb.
Misir Xarici İşlər Nazirliyi hücumların dayandırılmasının, gərginliyin azaldılmasının və danışıqlar masasına qayıdılmasının zəruri olduğunu bildirib. Nazirlik həmçinin regionda təhlükəsizlik və sabitliyin bərpasına, qarşıdurmanın daha da genişlənməsinin qarşısının alınmasına yönəlmiş diplomatik səylər üçün imkan yaradılmasına çağırıb.