Bişkekdə ŞƏT sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilir Dünya

Bişkekdə ŞƏT sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilir

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən dövlət və hökumət başçılarının qarşılanma mərasimi başlayıb.

APA-nın Bişkekə ezam olunmuş müxbiri xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov sammit iştirakçılarını “Yrys Ordo” Konqres Mərkəzində qarşılayır.

Mərasimdən sonra ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir və “ŞƏT plyus” formatında görüş keçiriləcək.