Tramp: İran rəhbərliyi tamamilə xaos içindədir
31 Avqust 16:46
31 Avqust 16:46
31 Avqust 12:39
08:17
238
Elmi və akademik əməkdaşlığın daha da inkişaf etdirilməsi çərçivəsində Misir Mədəniyyət Mərkəzinin direktoru Prof. Dr. Tarek Aboul Fotouh iki tərəf arasında akademik və mədəni əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının ərəb dili üzrə ixtisaslaşmış bir qrup müəllim və tədqiqatçıları olan Gülər Qafqazlı, Şahbazova Şəhanə, Əliyeva Günay, Əliyeva Lalə, Məmmədli Nilufər və Əhmədova Fəridəni qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, görüşdə ərəb dilinin tədrisi və tədqiqi sahəsində maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Eyni zamanda elmi və akademik təcrübə mübadiləsinə töhfə verəcək Misir Mədəniyyət Mərkəzi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları nəzərdən keçirilib.
Bundan əlavə görüşdə ərəb dilinə və ədəbiyyatına marağın artırılması, eləcə də Azərbaycanda ərəbşünaslıqla maraqlanan tədqiqatçılar, akademiklər və digər şəxslər arasında əlaqələrin gücləndirilməsi məqsədilə seminarlar, mühazirələr və praktiki təlimlər də daxil olmaqla bir sıra birgə elmi və mədəni tədbirlərin keçirilməsi imkanları müzakirə olunub.
Prof. Dr. Tarek Aboul Fotouh vurğulayıb ki, bu görüş Misir Mədəniyyət Mərkəzinin ərəb dilinin və Misir mədəniyyətinin yayılması və öyrənilməsinə dəstək göstərilməsi, həmçinin Azərbaycanın akademik və mədəniyyət müəssisələri ilə elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət çərçivəsində baş tutub.
Cavid
08:12
287
31 Avqust 20:44
805
31 Avqust 20:42
812