16:39
385
Məkkə paktı regionun bütün ölkələrinin ona qoşulması üçün açıqdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Məkkə paktının Siyasi və Müdafiə Komitəsinin birinci iclasının yekunlarına dair bildirib.
"Məkkə paktı rəsmi olaraq "Məkkə Müdafiə İttifaqı" adını alıb. İmzalanmış saziş sayəsində regionumuzda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının yaradılması prosesi başlayıb. Pakt regionun bütün ölkələrinin iştirakı üçün açıqdır", - deyə Fidan qeyd edib. İclasda Məkkə sazişinə qoşulan ölkələrin xarici işlər və müdafiə nazirləri, həmçinin baş qərargah rəisləri iştirak ediblər.
Məryəm Quliyeva