08:46
833
"Galactic Energy" şirkəti tərəfindən hazırlanmış Çinin "Pallas-1 Y1" ("Zhishenxing-1 Y1") daşıyıcı raketi çərşənbə axşamı günü uğurlu sınaq uçuşu həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CCTV" telekanalı məlumat verib.
Buraxılış Çinin şimal-qərbindəki Tszüyutsyan kosmodromunun yaxınlığında yerləşən Dunfen kommersiya kosmik innovasiyalar zonasındakı start meydançasından Pekin vaxtı ilə saat 10:00-da icra olunub. Faydalı yük daşımayan daşıyıcı raket bütün uçuş boyunca ştat rejimində işləyib. Sınaqların qarşıya qoyulmuş bütün məqsədlərinə nail olunub.
İki pilləli Çin orta sinif daşıyıcı raketi "Pallas-1" aşağı Yer ətrafı orbitə 7 ton, günəş-sinxron orbitə isə 3 ton faydalı yük çıxarmaq qabiliyyətinə malikdir. Daşıyıcının birinci pilləsinin çoxdəfəlik istifadə üçün nəzərdə tutulacağı planlaşdırılır.
Məryəm Quliyeva