ABŞ və Rusiya maliyyə nazirlərinin görüşü baş tutub Gündəm

ABŞ və Rusiya maliyyə nazirlərinin görüşü baş tutub

ABŞ-nin maliyyə naziri Skott Bessent ilə rusiyalı həmkarı Anton Siluanov arasında keçirilən görüş məhsuldar keçib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşrinə ABŞ maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Erin Braun G20 ölkələrinin maliyyə nazirlərinin ABŞ-dəki iclasının yekunlarına dair bildirib. Onun sözlərinə görə, amerikalı nazir cənab Siluanova Ukraynadakı hərbi münaqişənin dayandırılmalı olduğunu və ABŞ hakimiyyətinin sülh yolu ilə həlli görmək istədiyini çatdırıb.

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi əlavə edib ki, tərəflər ABŞ Prezidenti Donald Trampın "sülhə nail olunması və iqtisadi artım" planını müzakirə ediblər. O qeyd edib ki, Siluanovun iclasda iştirakı Ağ Evin qərarı olub.

"Politico"nun mənbəsinin verdiyi məlumata görə, görüşdə Bessent həmçinin bildirib ki, Ukraynadakı döyüşlər dayandırılana qədər ABŞ Rusiyaya qarşı sanksiyaları zəiflətməyəcək. Nəşrin həmsöhbəti deyib ki, Rusiya naziri "birgə fəaliyyətlər üçün maraq kəsb edən mövzuları müzakirə etməyə cəhd edərkən", ABŞ Maliyyə Nazirliyinin rəhbəri onun sözünü kəskin şəkildə kəsərək münaqişə bitənədək bunun qeyri-mümkün olduğunu bəyan edib.

G20 ölkələrinin maliyyə idarələri rəhbərlərinin görüşü avqustun 31-i və sentyabrın 1-də Amerikanın Aşvill şəhərində keçirilir. Rusiya qurumunun məlumatına görə, cənablar Siluanov və Bessent Rusiya ilə ABŞ arasında əməkdaşlığı, həmçinin G20 çərçivəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.

Məryəm Quliyeva