Vens: ABŞ dünyadakı bütün təhdidlərə cavab vermək gücündədir Gündəm

Vens: ABŞ dünyadakı bütün təhdidlərə cavab vermək gücündədir

Birləşmiş Ştatlar İranla münaqişəyə baxmayaraq, Çin de daxil olmaqla, dünyadakı təhdidlərin öhdəsindən gəlmək üçün kifayət qədər hərbi potensiala malikdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.

"Biz, şübhəsiz ki, Çin də daxil olmaqla, dünyadakı təhdidlərin öhdəsindən gəlmək üçün kifayət qədər böyük gücə malikik", — deyə siyasətçi "Fox News" telekanalının efirində cəbbəxananın azalmasının və hərbçilərin üzərinə düşən əlavə yükün ABŞ-nin təhdidlərə cavab vermək qabiliyyətinə təsir edə biləcəyindən narahat olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.

Vens əlavə edib ki, Çin ilə fikir ayrılıqları Vaşinqtonun Pekinlə müsbət münasibətlər qurmasına mane olmayacaq. "Biz Çinin bizim üçün rəqib olduğunu, onların bizimlə ziddiyyət təşkil edən iddialarının olduğunu qəbul edirik və münasibətlərimizi müsbət məcrada qurmağa çalışırıq", — deyə ABŞ-nin vitse-prezidenti qeyd edib.

Məryəm Quliyeva