Zelenski Kiyevdə universitetə Rusiya dronlarının zərbə endirdiyini bildirib Dünya

Zelenski Kiyevdə universitetə Rusiya dronlarının zərbə endirdiyini bildirib

Ukrayna rəhbəri Vladimir Zelenski Rusiya dronlarının Kiyevdəki universitetlərdən birinə zərbə endirdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Zelenski yazıb: "Bu gün Rusiyanın "Şahed"ləri Kiyevdəki universitetlərdən birinə dərs vaxtı zərbə endirib. Xoşbəxtlikdən, tələbələr sığınacaqda olublar — 160 tələbə".

Kiyev meri Vitali Kliçko məlumat verib ki, zərbə nəticəsində Kiyevdə yeddi nəfər xəsarət alıb.

Məryəm Quliyeva