20:32
322
Ermənistanda magistral yolda qəzada beş nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, qəza İrəvandan Gümrüyə gedən yolda qeydə alınıb. Avtobus və mikroavtobusun toqquşması nəticəsində beş nəfərin öldüyü, yeddi nəfərin yaralandığı bildirilir.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qəzanın səbəbləri araşdırılır.