Səudiyyə Ərəbistanında 4 şəhər üçün fövqəladə vəziyyət xəbərdarlığı Dünya

Səudiyyə Ərəbistanında 4 şəhər üçün fövqəladə vəziyyət xəbərdarlığı

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi ölkənin cənubunda yerləşən Xamis-Muşayt, Əbha, Cazan və Nəcran şəhərlərində potensial təhlükələrə qarşı xəbərdarlıq mesajı yayımlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Mülki Müdafiə Baş İdarəsinin "X" sosial media platformasındakı hesabından edilən açıqlama ilə Xamis-Muşayt, Əbha, Cazan və Nəcranda yaşana biləcək fövqəladə vəziyyətlərə qarşı həyəcan siqnalı verilib.

Açıqlamada bölgədəki vətəndaşların və sakinlərin can və mal təhlükəsizliyini qorumaq məqsədilə təcili yardım protokollarına əməl etmələrinin, səlahiyyətli qurumların təlimat və xəbərdarlıqlarını diqqətlə izləmələrinin vacibliyi vurğulanıb.

Sözügedən təhlükənin növü və ya təfərrüatları ilə bağlı isə hər hansı məlumat verilməyib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəməndə husilərə qarşı hərbi əməliyyatlarına cavab olaraq, husilər tez-tez Səudiyyə Ərəbistanının sərhəd bölgələrini və cənub vilayətlərini hədəf alırlar.

Bölgədəki hərbi obyektlər və həyati əhəmiyyətə malik infrastruktur zaman-zaman Yəmən sərhədindən buraxılan pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücumlara Məruz qalır.

Məryəm Quliyeva