"Putin heç vaxt Zelenskinin şərtlərini qəbul etməyəcək" Dünya

"Putin heç vaxt Zelenskinin şərtlərini qəbul etməyəcək"

Tramp Ukrayna-Rusiya müharibəsində barışığın əldə olunmasına, Zelenski və Putin arasında razılığın əldə olunmasına çalışır, amma cəhdləri uğursuz olur.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının nizamlanması üçün Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşməli olduğu fikrinə münasibətində deyib.

Tdam: “Bildiyim yeganə şey budur ki, Zelenski və Putin bu axmaq müharibəyə son qoymaq üçün görüşməlidirlər. Düşünürəm ki, onlar (hər iki tərəf) razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Amma biz onların razılaşma əldə etməsinə nail olacağıq”.

F.Kərimov deyib ki, Putin heç vaxt Zelenskinin şərtlərini qəbul etməyəcək: "Putinin əsas məqsədlərindən biri Ukraynaya sahiblənmək dirsə, digər Məqsəd Avropa və NATO ölkələrinə gücünü göstərməkdir. Birinciyə nail olmayıb, amma ikinciyə qismən nail olub".

Cavid