12 Oktyabr 18:27
08:20
483
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Rusiya və Ukraynanın münaqişənin tənzimlənməsi ilə bağlı razılığa gələcəklərinə əminliyini ifadə edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək seçkilər ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib. İrandakı müharibənin gedişatı haqqında mühakimə yürüdən Tramp Tehranın Vaşinqtonla saziş bağlamağa can atdığına əminliyini dilə gətirib: "Düzünü desəm, Rusiya və Ukraynaya gəlincə, onlar da saziş bağlamaq istəyirlər. Sadəcə bunu necə edəcəklərini bilmirlər", - deyə Tramp iddia edib.
"Lakin biz bu sazişin bağlanmasına nail olacağıq", - deyə o əlavə edib. Bununla yanaşı, Tramp Ukrayna münaqişəsinin tənzimlənməsini asan tapşırıq hesab etməkdə yanıldığını etiraf edib.
Məryəm Quliyeva