Tramp ABŞ-nin İrana qarşı müharibəsinin tezliklə başa çatacağını bildirib Dünya

Tramp ABŞ-nin İrana qarşı müharibəsinin tezliklə başa çatacağını bildirib

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Birləşmiş Ştatların İrana qarşı müharibəsinin çox tezliklə başa çatacağını düşündüyünü bildirib.

xəbər verir ki, o, bu mövqeyini oktyabrın 12-də ABŞ Konqresinə noyabrda keçiriləcək seçkilər ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı şərh edib.

"Onların heç vaxt nüvə silahı olmayacaq və bu müharibə çox tezliklə başa çatacaq. Bütün bunlara son qoyulan kimi benzin qiymətləri də aşağı düşəcək", - deyə Tramp bəyan edib. O əlavə edib ki, hazırda Amerika yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti sələfi, demokrat Co Baydenin administrasiyası dövründəki göstəricilərdən daha aşağıdır: "Biz Baydendən ən yüksək inflyasiyanı miras aldıq. İndi isa qiymətlər aşağı düşür".

Məryəm Quliyeva