Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq Cəmiyyət

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 13-də saat 10:00-dan etibarən qazın verilişi işlər yekunlaşanadək dayandırılacaq.