12 Oktyabr 18:27
08:49
497
ABŞ Prezidenti Donald Tramp imkan olacağı təqdirdə üçüncü müddətə də öz vəzifəsində qalmaq istədiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Bu barədə "Associated Press" məlumat yayıb.
"Mən bunu böyük məmnuniyyətlə edərdim", — deyə o, Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən zaldakıların Tramp üçün daha bir dördillik prezidentlik müddətini nəzərdə tutaraq "Daha dörd il" şüarları səsləndirməsinə cavab olaraq deyib.
Qanuna əsasən, Trampın prezident kimi ikinci müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəliş şəxsin prezident vəzifəsində qalmasını maksimum iki müddətlə məhdudlaşdırır. Buna baxmayaraq, hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə seçilməyə cəhd etmək imkanının olduğunu dilə gətirib. Bundan əlavə, prezidentin keçmiş əsas politstrateqi Stiv Bannon da ötən ilin payızında bu kimi perspektivlər barədə bəyanat vermişdi.
Tramp ikinci dəfə 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qələbə qazanıb. O, Demokratlar Partiyasından olan namizəd Kamala Harriisi məğlub edib. Birinci dəfə isə o, Amerika administrasiyasına 2017–2021-ci illərdə rəhbərlik edib.
Məryəm Quliyeva