12 Oktyabr 18:27
08:36
462
Türkiyənin Tokat əyalətində 5 minə yaxın sakin ürəkbulanması, qusma, qarın ağrısı və ishal şikayətləri ilə tibb müəssisələrinə müraciət edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Abdullah Köklü məlumat verib.
Məlumata görə, vətəndaşlar keçən həftənin sonundan etibarən oxşar simptomlarla kütləvi şəkildə şikayət etməyə başlayıblar. Onlar yalnız ürəkbulanması və ishal ilə yanaşı, həm də mədə ağrıları ilə müşayiət olunan qusmadan şikayətlənirlər.
"Cümə günündən (9 oktyabr) başlayaraq əyalətdə müəyyən bir infeksiya qeydə alınıb. Hazırda tibb müəssisələrinə 5 000-ə yaxın müraciət daxil olub, onlardan təxminən 70 nəfəri xəstəxanaya yerləşdirilib", - deyə Köklü qeyd edib.
O vurğulayıb ki, indiyədək həkimlər 40 pasiyenti evə buraxıblar. Daha 30 nəfər xəstəxanalarda qalır və onların həyatı üçün heç bir təhlükə yoxdur.
Baş verənlər fonunda səlahiyyətli şəxslər içməli su nümunələrini Türkiyə Səhiyyə Nazirliyinə göndəriblər. Qubernator dəqiqləşdirib ki, ekspertizanın nəticələri oktyabrın 13-ü və ya 14-də hazır olmalıdır. O, mütəxəssislər infeksiyanın mənbəyini müəyyən edənədək sakinləri su və qida qəbul edərkən ehtiyatlı olmağa çağırıb.
Məryəm Quliyeva