Kim Çen In Şimali Koreyanın silahlarının daha da təkmilləşdiriləcəyini elan edib Dünya

Kim Çen In Şimali Koreyanın silahlarının daha da təkmilləşdiriləcəyini elan edib

Koreya Xalq Respublikasının sədri Kim Çen In İqtisadiyyat-2 Komitəsinin yeni Milli Müdafiə İnqilabı Muzeyini ziyarət edərkən bildirib ki, Şimali Koreya silahlarını inkişaf etdirməyə və təkmilləşdirməyə davam edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

"Şimali Koreyanın qüdrətli silahları bundan sonra da fasiləsiz olaraq işlənib hazırlanacaq və təkmilləşdiriləcək, muzeyin miqyası və məzmunu isə daim genişlənəcək və zənginləşəcək", - deyə Kim Çen In bildirib.

Şimali Koreya lideri, həmçinin "dünyanın ən güclü müdafiə sənayesinin" qurulmasını Koreya İşçi Partiyasının "təbii missiyası" adlandırıb.

Kim Çen In oktyabrın 11-də muzeyin açılış mərasimində iştirak edib və rəmzi lenti kəsdikdən sonra tədbir iştirakçıları ilə birgə ekspozisiyaya baxış keçirib.

KMTA-nın məlumatına görə, muzey Şimali Koreyanın müdafiə sənayesinin inkişafı tarixinə həsr olunub. Mərasimdə partiya rəhbərliyinin və müdafiə sahəsinin nümayəndələri, Müdafiə Nazirliyinin komandanlıq heyəti, eləcə də silahlı qüvvələrin növləri üzrə komandanları iştirak ediblər.

Məryəm Quliyeva