AK ilin sonunadək Rusiyaya qarşı 23-cü sanksiyalar paketini təqdim edə bilər Dünya

AK ilin sonunadək Rusiyaya qarşı 23-cü sanksiyalar paketini təqdim edə bilər

Avropa Komissiyası (AK) Rusiyaya qarşı 2026-cı ilin sonunadək təqdim olunması gözlənilən 23-cü sanksiyalar paketinin hazırlanmasına başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico" avropa nəşri məlumat yayıb.

Məlumata görə, Almaniya və Polşa yeni məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarıdır. Qəzet yazır ki, bu ölkələr oktyabrın 15-də Avropa Şurasının iclasında Rusiya və ABŞ arasında dizel tədarükünə dair əldə olunmuş razılaşmalar fonunda Rusiya enerji resurslarına əlavə məhdudiyyətlərin tətbiqinə çağırış etməyi planlaşdırırlar.

Məryəm Quliyeva