Putin və Trampın Çində görüşü hələ ki razılaşdırılmayıb Gündəm

Putin və Trampın Çində görüşü hələ ki razılaşdırılmayıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş hələlik razılaşdırılmayıb. Lakin liderlər Çində eyni platformada olarlarsa, görüşün təşkili məsələsi müzakirə ediləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, Putin, Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında üçtərəfli görüşün keçirilməsinə dair ümumi əhval-ruhiyyə mövcuddur. Bununla belə, hər üç liderin qrafiklərinin üst-üstə düşüb-düşməyəcəyi hələ ki dəqiq bəlli deyil.

Məryəm Quliyeva