Finlandiya Prezidenti və Norveç Baş naziri Putinlə telefon danışığı aparıblar
Çin Trampın Braziliya seçkiləri ilə bağlı tənqidlərinə cavab verib
Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb
Qırğızıstan rəsmisi: Bişkeklə Bakı arasında mədəni və humanitar əlaqələr möhkəmlənir
Özbəkistanın mədəniyyət naziri: Bakı forumu beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır
13:00
686
Fars körfəzində regional təhlükəsizlik sistemi sabitliyin təmin edilməsi məqsədilə İranı da əhatə etməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi Böyük Britaniyanın Kembric Universitetində mühazirə zamanı bildirib.
"İran yarım əsrə yaxındır ki, regionun təhlükəsizlik strukturlarında hər hansı əhəmiyyətli iştirakdan kənarlaşdırılıb ki, bu da nəinki İranın özü, həm də bütövlükdə region üçün son dərəcə mənfi nəticələrə gətirib çıxarıb. Fars körfəzində İranı əhatə etməyən istənilən təhlükəsizlik arxitekturası əvvəlcədən qeyri-sabitdir. O, struktur baxımından qeyri-həyatqabiliyyətlidir", - deyə o bildirib. Nazirin sözləri Oman XİN-in saytındakı bəyanatda verilib.
Əl-Busaidi həmçinin Yaxın Şərq dövlətlərinin xarici qüvvələrdən həddindən artıq asılı olduğuna diqqət çəkib ki, bu da İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı məsələlərin tənzimlənməsini mürəkkəbləşdirir. Onun sözlərinə görə, belə bir asılılıq hər zaman regional maraqlarla üst-üstə düşməyən üçüncü ölkələrin maraqlarının irəli çəkilməsi ilə müşayiət olunur.
Məryəm Quliyeva