İsrail İrandakı enerji obyektlərinə zərbələr üçün ABŞ-dan icazə istəyib Gündəm

İsrail İrandakı enerji obyektlərinə zərbələr üçün ABŞ-dan icazə istəyib

İsrail Tehrana qarşı hərbi kampaniya bərpa olunacağı təqdirdə, İranda əvvəllər hücuma məruz qalmayan energetika obyektlərinə zərbələr endirmək üçün Vaşinqtondan icazə istəyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail mənbəyinə istinadən "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumatlara görə, İsrail ABŞ administrasiyasının rəhbəri Donald Trampdan Vaşinqtonun indiyədək "yaşıl işıq" yandırmadığı hədəflərə, xüsusən də energetika obyektlərinə zərbələr endirilməsi üçün razılıq alacağına ümid edir.

Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı İrana qarşı müharibənin "çox tezliklə" başa çatdırılmasına nail olmaq niyyətində olduğunu bəyan edib.

Məryəm Quliyeva