Zelenski və Stubb Əbu-Dabidəki danışıqları müzakirə ediblər
10 Noyabr 14:40
10 Noyabr 14:40
10 Noyabr 14:33
10 Noyabr 13:33
08:26
217
ABŞ Konqresinin Nümayəndələr Palatası prosedur səsverməsi zamanı hərbi nazir Pit Heqsetin impiçment proseduruna başlamaq cəhdini rədd edib.
Xalqcebhesi.az xəbər verir ki, yayım qanunverici orqanın aşağı palatasının saytında aparılıb.
Təşəbbüsün müvafiq komitəyə göndərilməsi qərarını 211 konqresmen dəstəkləyib, 204 nəfər isə əleyhinə çıxıb.
İlin sonunadək Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir. Heqsetin impiçmenti ilə bağlı qətnamənin onun partiya yoldaşlarının əksəriyyətini təşkil etdiyi müvafiq komitəyə göndərilməsi təşəbbüsün faktiki olaraq bloklandığı anlamına gəlir. Komitədəki respublikaçılar Konqresin hazırkı çağırışının sonuna qədər sənədin təsdiqlənməsinə icazə verməyəcəklər.
Məryəm Quliyeva