Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Noyabrın 10-da dünya fond bazarlarında qarışıq dinamika qeydə alınıb. ABŞ-da bütün əsas indekslər ucuzlaşıb, Avropada əsasən yüksəliş, Asiya-Sakit okean regionunda isə fərqli istiqamətlərdə dəyişikliklər müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 157,86 bənd və ya 0,30% azalaraq 52 231,89 bəndə düşüb. “S&P 500” indeksi 29,01 bənd və ya 0,38% geriləyərək 7 520,93 bəndə, “Nasdaq Composite” indeksi isə 187,26 bənd və ya 0,74% azalaraq 25 065,88 bəndə enib.

“NYSE Composite” indeksi 0,04% azalaraq 24 462,33 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,76% geriləyərək 36 170,45 bənd təşkil edib.

Avropa fond bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. “Euro Stoxx 50” indeksi 0,59% artaraq 6 327,87 bəndə yüksəlib. Böyük Britaniyanın “FTSE 100” indeksi isə 0,29% azalaraq 10 751,59 bəndə düşüb.

Almaniyanın “DAX” indeksi 0,31% artaraq 26 347,45 bənd, Fransanın “CAC 40” indeksi 0,55% yüksələrək 8 278,59 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 0,98% bahalaşaraq 19 936,40 bənd təşkil edib.

Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 736,30 bənd və ya 1,22% artaraq 61 195,88 bəndə, “TOPIX” indeksi isə 0,89% yüksələrək 3 928,33 bəndə çatıb.

Honq-Konqun “Hang Seng” indeksi 0,90% azalaraq 24 334,99 bəndə, Çinin “CSI 300” indeksi isə 0,29% geriləyərək 4 047,21 bəndə düşüb.

Avstraliyanın “S&P/ASX 200” indeksi 0,12% artaraq 9 139,90 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 1,69% yüksələrək 254,04 bəndə çatıb.

Analitiklərin qiymətləndirmələrinə görə, ABŞ fond bazarlarında enişə inflyasiya göstəriciləri, FED-in faiz artımı ilə bağlı gözləntilər və texnologiya səhmlərində satışlar təsir göstərib. Asiyada isə texnologiya sektorunun bərpası və neftin ucuzlaşması bəzi indekslərin yüksəlişini dəstəkləyib.