Rus ordusu erməni kəndinə yeridildi Dünya

Rus ordusu erməni kəndinə yeridildi

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hərbi təlim keçirib. Bu barədə məlumatı "Aravot" qəzeti yayıb. Təlim Şirak vilayətinin Panik kəndində baş tutub. Maraqlıdır ki, təlimlə bağlı kənd sakinləri öncədən xəbərdar edilməyib. Təlim atəşi başladıqdan sonra kənd əhalisi təşvişə düşərək, müharibənin başladığını düşünüb.
Qəzetə açıqlama verən kənd icra nümayəndəsi Vardan Makeyan baş verənlərin biabırçılıq olduğunu deyib: "30-a yaxın əsgər kənd yolunu bağlayıb, atəş açdılar. Yaxşı ki, istifadə edilən güllələr döyüş patronları deyildi. Hamı bu səslərdən sonra dərhal evlərdən çıxıb qaçdı. Bəzi uşaqlar hətta qorxudan huşlarını belə itirdilər. Kəndin ərazisində təlimin keçiriləcəyi barədə qabaqcadan xəbərdarlıq edilməməsi təhqiredicidir. Anlayırıq ki, bu hərbi baza bizi müdafiə edir, amma onlar təlimlərini kənddə keçirməməlidirlər".
Yayılan görüntülərdə kənd sakinləri rus hərbçilərini təhdid də ediblər. Onlar polisə xəbər verib cinayət işi açdıracaqlarını bildiriblər.