Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Ərdoğanın qələbə şansı yüksəkdir”

“Ərdoğanın qələbə şansı yüksəkdir” Dünya

“Ərdoğanın qələbə şansı yüksəkdir”

Azər Rəşidoğlu: "Seçkidən sonra CHP və MHP-də yeni lider axtarışlarının baş verəcəyi ehtimal olunur"
Anar Turan: "Ərdoğan milli qüvvələrin fikirlərini daha çox nəzərə alacaq"
İlqar Altay: "İstəməzdim ki, Ərdoğanlı Türkiyə Yanukoviçli Ukraynanın durumuna düşsün"

Türkiyə baş nazirinin müavini, Rəcəb Tayib Ərdoğanın ölkənin qarşıdakı prezident seçkilərinə namizəd olduğundan xəbər verib. Türkiyə baş nazir müavini Bülənd Arınc, baş nazir Ərdoğanın Türkiyədə keçiriləcək prezident seçilərinə namizəd kimi qatılacağından xəbər verib: "Hakim Ədalət və İnkişaf partiyası (AK Parti) prezident seçkilərində Ərdoğanın partiya tərəfindən namizədliyə təyin edilməsi haqda gələn həftə qərar çıxaracaq. Türk seçicilər tərəfindən ilk dəfə prezidentin birbaşa seçilməsi, iki mərhələli bir seçkidə 10 və 24 avqustda təşkil olunacaq".
AKP liderinin prezident seçiləcəyi təqdirdə Türkiyəni hansı aqibət gözləyir?
Siyasi şərhçi Azər Rəşidoğlu dedi ki, Ərdoğanın qələbə şansı yüksəkdir: "Seçkidən sonra CHP və MHP-də yeni lider axtarışlarının baş verəcəyi ehtimal olunur. Ərdoğan prezident seçilsə belə, ona çətin olacaq. Türkiyə avtoritar idarəçiliyə çətin ki, razı olsun. Bu isə cəmiyyəti parçalaya bilər. O cümlədən AKP elektoratında da parçalanma müşahidə edilə bilər".
Politoloq Anar Turan bildirdi ki, Ərdoğan prezident seçiləcəyi təqdirdə Türkiyəni hansı aqibətin gözləyəcəyi barədə qəti fikir yürütmək düzgün olmazdı: "Çünki bunu öncə zaman göstərəcək. Lakin düşünürəm ki, Ərdoğan əgər bu posta iddialıdırsa, görünür, daha böyük iqtisadi uğurlara imza atmaq niyyətindədir. Bu yaxşıdır. Sadəcə bu uğurları qazanmaq milli maraqlara xələl gəlmədənmi baş verəcək, bax bu maraqlıdır. Ərdoğanın əvvəlki siyasi rəhbərlərdən fərqli olaraq problemlərə və onun həllinə müxtəlif yanaşmaları var. Və bu yanaşmaların çoxu Türkiyə müxalifəti tərəfindən ciddi şəkildə tənqid olunur. Lakin Ərdoğan bu tənqidlərə o qədər də əhəmiyyət vermir. Düşünürəm ki, əgər dövlət başçısı olarsa müxalifətin hər hansı haqlı tənqidini nəzərə alsa inkişafı təmin etmək baxımından uğurlu güzəşt olar. Ölkədəki milliyyətçi kəsimin üstünə getməkdənsə onların sağlam zümrələrini daha da inkişaf etdirmək daha məqsədə uyğun olardı. Məncə bu dəfə Ərdoğan milli qüvvələrin fikirlərini daha çox nəzərə alacaq".
Tədqiqatçı İlqar Altay vurğuladı ki, AKP lideri Ərdoğan rəsmən Türkiyə prezidentliyinə namizədliyini irəli sürməklə bir neçə illər daha hakimiyyətdə qalmaq istəyir: "Məncə onun növbəti hakimiyyət dövrü Türkiyə və onun özü üçün yaxşı perspektiv vəd etmir. Təəssüflər olsun ki, son illər onun fəaliyyətində qardaş Türkiyə kimi iri çaplı dünya dövlətinə uyğun olmayan qeyri sabitlik müşahidə olunur. Bir sıra 8-10 milyonluq kiçik dövlət liderləri var ki, beynəlxalq siyasət və münasibətlər anlamında ondan daha stabil, daha cox bel bağlanasıdır. Onun qeyri-sabit, konkret ideyasız, istiqamətsiz xarakteri və bununla bərabər yersiz ölçüsüz iddiaları son illər Türkiyə beynəlxalq siyasətini təəccüblü və hətta anlaşılmaz dərəcədə ləngər vurmağa, oynatmağa yönəldib. Qərb siyasətində NATO liderləri sırasına iddia sürdü, nəticədə heç Avropa birliyində yer ala bilmədi. Sonra 3-cü dünya ölkələri sırasında liderlik iddiası ilə hərəkət etdi. Braziliya ilə birləşib birgə səfər edərək İran atom problemini Qərb və Rusiyasız çözmək istədi, bundan da bir şey hasil olmadı. İslam dünyasına liderlik iddiasına düşdü, görüntü üçün İsrailə yönəlik basqılar etdi, buna da sərt sarsıdıcı cavab aldı. Son vaxtlara kimi Suriya prezidenti Bəşər Əsədə qardaş deyirdi, birgə hərbi təlimlər keçirirdi. İndi onu yıxmağa çalışır. Türk dünyası ölkə və xalqları üçün də elə bir bel bağlanılası lider kimi hesab olunmur. Qonşu və qardaş Azərbaycanın ən ağrılı Qarabağ problemində, düşmən Ermənistana münasibətdə belə anlaşılmaz dərəcədə dəyişkən manevrlər edir. Ərdoğanın Türkiyədaxili siyasəti də sabit dayanıqlı dövlət idarəedicisi kimi ürəkaçan olmayıb. Onun hakimiyyəti dönəmində yüzlərlə dəyərli türk generalı böyük səs küylə, sərtliklə, əzmkarlıqla həbs edildi, ordu aşağılandı. Sonra deyildi ki, səhv olub bəraətlər verildi. Öcalan, PKK-ya qarşı sərt mövqe sərgilənirdi neçə vaxtlar, indi yumşalma gedir. Nurçularla, fətullah Gülənlə birgə hakimiyyət qurmuşdu, yenə dostluq davamsız çıxdı. Onlara qarşı bütün dünyada əks kampaniya aparır. Polisdən nə qədər ali zabitlər, kadrlar, prokurorlar qovdu, ölkə hüquq mühafizə sistemini zəiflətməklə. Misallar çoxdur. Türkiyəni silkələyən bütün bu və digər mənfi məqamlar hamısı Ərdoğan xarakterinin simptomudur. Onun hər kəs və hər tərəflə əvvəl güclü, intensiv, entuziativ dostluq bağlanışının, sonradan isə davamsız və dayanıqsız gedişatla sönük pozuluşma təzahürüdür. Bu səbəbdən böyük türk xalqı, yüzminlərlə vətəndaşın ərdoğan siyasətinə qarşı son dövrlərdəki etiraz dalğası səngimək bilmir. Bu gedişatla, mənim şəxsi fikrimdir ki, başbakan Ərdoğan daha böyuk səlahiyyətli prezident postuna gələrsə, bu cür mənəvi-psixoloji durumla, görüş və iddialarla özünü və Türkiyıni çətinə salacaq. Bunun nəticələri bir müddət sonra xoş olmayan tərzdə özünü göstərəcək. İstəməzdim ki, Ərdoğanlı Türkiyə Yanukoviçli Ukraynanın durumuna düşsün".
"Xəzər" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə hesab edir ki, Ərdoğanın yürütdüyü siyasət demokratiyadan uzaqdı. Onun fikrincə, Ərdoğanın nurçulara qarşı başlatdığı mübarizə Türkiyəni iki cəbhəyə parçalaya bilər: "Ərdoğan prezident seçkilərində qalib gəlsə, ölkədə bir müddət ona qarşı ciddi narazılıq olacaq. Xalq demokratiya, azadlıq istəyir, ancaq Ərdoğan buna meyilli deyil. Ərdoğanın prezidentliyə gəlişi AKP-lilər üçün yeni imkanlar yarada bilər. Ola bilsin ki, Ərdoğan və AKP belə düşünsün. Amma Türkiyə üçün bu belə deyil. Çünki Türkiyə artıq bölünmüş cəmiyyətdir. Bir tərəfdə hüquq-məhkəmə sistemini iflic edən Ərdoğan hökuməti var. Digər tərəfdə isə demokratiya və azadlıq tələb edən xalq dayanıb. Bu cür qarşıdurma şəraitində Ərdoğanın prezident olması Türkiyəni fəlakətli nəticələrə apara bilər. Bu, Türkiyəni qeyri-stabilliyə aparan bir addım olar. Ərdoğan prezident olsa, nurçularla mübarizə daha geniş vüsət alacaq və bu ölkəni daha çox parçalayacaq. Ümid edək ki, Türkiyədə qarşıdurmalar yaşanmasın".
Ekspert Ələsgə Məmmədli isə bildirib ki, bütün hakimiyyət Ərdoğanın əlində cəmlənəcək. Onun sözlərinə görə hakimiyyətin dolayı yolla Ərdoğanın əlində cəmlənməsi tam realdır: "Ərdoğan prezident seçildikdən sonra faktiki olaraq 25 il əvvəlki tarix təkrarlanacaq. 1989-cu ildə Türkiyədə Turqut Özal prezident seçildi və onun partiyasından Yıldırım Akbulut Baş nazir oldu. Həmin zaman Akbulut formal olaraq Baş bakanlıq vəzifəsini icra edirdi. Bütün səlahiyyətlər yenə də Turqut Özalın əlində cəmlənmişdi. Bugünkü ssenari eyni ilə 25 il əvvəlki tarixə qayıdır".
Ekspertin sözlərinə görə Ərdoğan prezident seçilərsə, "formal baş bakan"a ehtiyac duyulacaq: "İndiki halda Ərdoğan Çankaya köşkünə çıxarsa, mənim fikrimcə, təxminən Akbulut kimi baş nazirə ehtiyac olacaq. Onu da idarə edən Ərdoğan olacaq. Sözsüz ki, AKP qalib olduğu müddətdə bu proses davam edəcək. Növbəti 2015-ci il seçkilərinə qədər hər hansı bir problem gözlənilmir. Əgər dəyişiklik olarsa, ssenari də dəyişə bilər. 7 il Ərdoğanın prezidentliyi dövründə həmişə belə olacaq demək də doğru olmazdı. Çünki Ərdoğan bu il prezident seçilərsə, gələn il də parlament seçkisi olacaq. Belə olan halda gələn il formalaşacaq hökumət AKP olsa, problem olmayacaq. Əks halda başqa bir partiya qələbə qazanarsa, o zaman Prezidentlə baş nazir arasında ciddi fikir ayrılıqlarının olacağı dəqiqdir".

Əli