Rusiya müharibələrdən qazanmaq istəyir Dünya

Rusiya müharibələrdən qazanmaq istəyir

Putin hakimiyyəti silah ixracını genişləndirməklə iqtisadiyyatı dirçəltməyə ümid edir

Cavid

Ukrayna ilə müharibə Rusiya iqtisadiyyatını iflic vəziyyətə salıb. "Forbes"in hesablamalarına görə, hərbi konfliktin təkcə iki aylıq xərci ümumən 248 milyon dollar təşkil edib. Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Qeraşenkonun məlumatlarına əsasən, Ukraynanın şərqindəki münaqişə regionunda 10 minə qədər terrorist fəaliyyətdə olub.
DİN-in digər müşaviri Stanislav Reçinskinin fikrinə görə, muzdlu döyüşçülərə gün ərzində 300 dollara qədər pul ödənilir. Kadırovçuların və yerli döyüşçülərin "əməyi" eyni deyil və həmçinin sözsüz ki, sıravi döyüşçülərlə onların rəhbərlərinin də "qonararı" fərqlidir. Xarici kəşfiyyat xidmətinin keçmiş sədri Nikolay Malamuj hesab edir ki, İqor Qirkin ("Strelok"adlanır) ay ərzində bir neçə on min dollar alır. N.Malamuj əlavə olaraq bildirib: "Fikirləşirəm ki, döyüşçülər arasında korrupsiya da hökm sürür. Yəqin ki, pulların hamısı muzdlulara çatmır". Əgər hesab etsək ki, döyüşçülərə bir gündə 200 dollar ayrılırsa, onda 15 min nəfərlik muzdlunun saxlanmasına gün ərzində 3 milyon dollar pul xərclənir.
Təxmini heasblamalara görə münaqişə zonasında 15-20 min arsasında separatçı döyüşçü vuruşur və onların ixtiyarında 200 min ədəd yüngül atıcı silah cəmlənib. Qara bazarda bunların orta qiymətinin ümumi dəyəri 400 mln dollardır. Muzdlu döyüşçülərin istifadə etdikləri silahların qiyməti minumum olaraq 200 milyon dollara yaxındır. Buraya qumbara, patron və iri silahlar daxil deyil.
Ukrayna kəşfiyyatının məlumatına görə, diversantlar Ukraynaya göndərilməmişdən öncə Rostovdakı hərbi bazada hazırlıq kursu keçirlər. Bu cür "məktəb"in saxlanılması gün ərzində 40 min dollara başa gəlir.
Buna görə də Putin hakimiyyəti Rusiya iqtisadiyyatını dirçəltmək üçün silah ixracı sahəsinə daha çox üstünlük vermək məcburiyyətində qalıb.
Yeri gəlmişkən, Britaniyanın HSBC bankının iqtisadçıları düşünürlər ki, birinci yarım ilin nəticələrinə görə, Rusiya texniki ressesiyaya girib. Bankın qənaətincə, yarım il ərzində, yəni iki rüb dalbadal ölkə iqtisadiyyatında (ümumi daxili məhsulda) artım müşahidə edilməyib. İqtisadi nəzəriyyəyə görə, bu, ressesiya adlanır.
Amma Rusiya tərəfi bununla razılaşmır. Dövlət statistika qurumunun məlumatına görə, I rübdə iqtisadliyyat illik ölçüdə 0,9% artıb. Amma keçən ilin IV rübünə baxanda 0,3% azalma müşahidə edilib. Amma ilin II rübünün dəqiq göstəriciləri hələ dəqiq açıqlanmır. Amma bununla belə, HSBC analitikləri hesab edir ki, II rübdə rus iqtisadiyyatında I rübə baxanda azalma olub və bu isə artıq texniki ressesiya deməkdir.
Qeyd edək ki, 2012-ci ildə Rusiyadan silah ixracı 12 faiz (15,2 milyard dollar) artıb, sifariş portfeli isə 46,3 milyard dollar təşkil edir. Rusiya silah və xüsusi avadanlıq satışı sahəsində qeyd-şərtsiz liderlərdən biridir. Dünya bazarının dörddə bir hissəsindən çoxu Rusiyadadır. Rusiyanın hərbi təyinatlı xüsusi texnikası dünyanın 66 ölkəsinə göndərilir və biz dünyanın 75 ölkəsi ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişlər bağlanıb.
Putin deyib ki, bu ilin ilk altı ayında 5,6 milyard dollar dəyərində silah və hərbi təchizat ixrac edib. Onun sözlərinə görə ixracat hələ davam edəcək: "Toplam olaraq 50 milyard dollarlıq silah sifarişi var. Təxminən 400 gəmi və sualtı qayıq 27 ölkəyə ixrac olunub. Dünya üzrə gəmi istehsalının 27 faizi Rusiyanın payına düşür. Buna görə də ölkələrin gəmilərini yeniləməsi gözlənilir. Bunun üçün təxminən 100 milyard dollar xərcləmək lazım olacaq".
Qeyd edək ki, sifarişlərə baxdıqda Rusiyanın 2014-ci il üçün ən az 35 milyard dollarlıq silah və hərbi təchizat ixrac etməsi gözlənilir.
Onu da bildirək ki, Rusiya ötən ilə nisbətən silah ixracatını iki dəfə çoxaldıb. Şimal qonşumuz 2013-ci ildə 15,7 milyard dollarlıq silah ixracatı reallaşdırmışdı.
Rusiyanın silah ixracı şirkəti "Rosoboronexport"un 2013-cü ilə ümumi portfeli 38 milyard dollara çatıb. Şirkətin bu ilin sonu ixracatı 15 milyard dolları keçəcək.
"Rosoboronexport"un idarəçilərindən Viktor Brakunov, hədəflərinin daha əvvəl silah satışı aparılmayan bölgələr olduğunu ifadə edib.
Brakunov silah satışlarının yarısının Asiya-Sakit okean bölgəsi olduğunu, Hindistanın Rusiyadan silah alışı edən şirkətlər arasında birinci yerdə qərarlaşdığını söyləyib. Vyetnam, Myanma və digər Yaxın Şərq ölkələri də Rus silahlarına daha çox maraq göstərir.
Ümumilikdə şirkətin 70-dən çox ölkəyə silah ixrac etdiyi qeyd edilib. Hərbi məhsul ixrac edən "Rosoboronexport" və "Rostec"-in 50 ölkədə ofisi var.
2000-ci ildən 2013-cü ilə qədər ixracat rəqəmlərində əhəmiyyətli inkişaf yaşandığını deyən şirkət rəsmisi, ilk illərdə 3,1 milyard dollarlıq ixracatın reallaşdırıldığını, 2013-cü ilin sonu bu rəqəm 15 milyard dollara çatdığını bildirib.
2013-cü ildə Rusiya 13,2 milyard dollarlıq silah və sursat ixrac edib. "Rosoboronekspot"un baş direktoru Anatoliy İsaykin sözlərinə görə, burada söhbət "Rosoboronekspot"un vasitəsi ilə verilən hərbi silah-sursat və hərbi texnikadan gedir. O, hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin 2013-cü ildə xaricə satdığı silah-sursat, hərbi texnikanin həcmi barədə açıqlama verməyib. A.İsaykin deyib ki, bu silahlar dünyanın 60 ölkəsinə satılıb.
Baş direktor onu da əlavə edib ki, 2013-cü ildə hərbi texnika və silah ixracı ilə bağlı 1202 kontrakt da imazalanıb və bu ilə sifarişlər 1902-yə çatıb. "Rosoboroneksport"un rəhbəri deyib ki, yaxın bir neçə ildə silah ixracının həcmini 13 milyard civarında saxlıamaq niyyətindədirlər, amma yaxın gələcəkdə bunun həcmini 15 milyard dollara qaldırmağı planlaşdırırlar.
Anatoli İsaykin bildirib ki, "Rosoboroneksport" müştərilərə atıcı silahlardan tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər hər şey təklif edir. Onun sözlərinə görə, Rusiyanın "Mi" və "Ka" vertolyotlarına daha çox müştəri var. Zenit-raket komplekslərindən S-400 "Triumf", "Antey-2500", "Buk-M2E", "Tor-M2E", daşınan zenit-raket komplekslərindən "Pantsir-S1", "İqla-S" daha çox satılır. Quru qoşunlarının silahlarından isə T-90S tankları, PDM3 və "Tiqr" zirehli avtomobili populyardır.
Qeyd edək ki, "Rosoboroneksport"un müştərilərindən biri də Azərbaycandır. Azərbaycan ötən 2 ildə bu şirkətdən 3 milyard dollarlıq silah və hərbi texnika, o cümlədən Mi-35 vertolyotları, T-90S tankları və s. alıb.
Ötən il Rusiyada hərbi ticarətinin regional strukturunda Azərbaycan 5% payla beşinci yerə sahib olub. Bu barədə Rusiyanın nüfuzlu "Voenno-promışlennıy kuryer" nəşrində dərc olunan hesabat-analizdə bildirilib.
Ümumilikdə Rusiyanın hərbi ixracatının strukturunda ilk üçlükdə 40% payla Hindistan, ikinci yerdə 14% payla Əlcəzair, 10% payla Vyetnam dayanıb. Sonrakı üç yeri isə hər biri 5% payla Çin, Azərbaycan və Venesuela tutub.
2012-ci ildə Rusiya sifarişlər üzrə 1 milyard 444 milyon dollar dəyərində helikopter çatdırılmasını təmin edib. Ötən il Rusiya Hindistana 27 ədəd Mi-17V-5 (440 milyon dollar dəyərində), Azərbaycana - 16 ədəd , Əfqanıstana - 12 ədəd (214 milyon dollar dəyərində) və Koreya Xalq Demokratik Respublikasına 8 ədəd, Misirə 6, İndoneziyaya 6, Meksikaya 3, Cənubi Sudana isə 2 ədəd Mi-8/17 tipli helikopter təhvil verib. Azərbaycana çatdırılan helikopterlərdən 12-si Mi-35M modeli olub.