Xaçmazda regional sərgi-konfrans keçirilib Dünya
Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir və vergi yükü azaldılır. Reallaşdırılmış sistemli dövlət dəstəyi tədbirləri nəticəsində qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb, ümumi daxili məhsulda özəl sektorun payı 80 faizi, məşğulluqda isə 75 faizi keçib. Bu barədə dekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda keçirilən regional sərgi-konfransda bildirilib.
Tədbir bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunub. Konfrans iştirakçıları əvvəlcə bağçılıq sahəsində tətbiq olunan qabaqcıl texnologiyalar və avadanlıqların, regionda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri məhsulların nümayiş etdirildiyi sərgi ilə tanış olublar. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Dövlətimizin başçısının müvafiq fərmanı ilə sahibkarların kredit resurslarına çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətindən danışan S.Məmmədov Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və Fondun vəsaitlərindən istifadə etmək istəyən sahibkarlar arasında əməkdaşlığın səmərəliliyinin daha da artırılması istiqamətində konkret tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə operativlik, sahibkar məmnunluğunun təmin olunması və eləcə də sahibkarların maarifləndirilməsi istiqamətində işlər bundan sonra davam etdiriləcək.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov regionların inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Xaçmazda da infrastruktur təminatının yaxşılaşdığını, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini vurğulayıb. Bildirilib ki, rayonun təbii-iqlim şəraiti meyvə-tərəvəz istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli meyvə-tərəvəzə, emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov çıxışında deyib ki, indiyədək investisiya layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılması imkanı yaradılıb. Bu ilin ötən dövründə sahibkarlıq subyektlərinə 145 milyon manat güzəştli kredit ayrılıb.
Bağçılığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 min 584 hektar sahədə 25 bağçılıq və tingçilik təsərrüfatına 45,5 milyon manat güzəştli kredit verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən intensiv bağçılığın inkişafı ilə bağlı ümumi dəyəri 160,5 milyon manat olan 26 layihəyə investisiya təşviqi sənədi təqdim olunub.
Son illər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir texnologiyalara əsaslanan, illik emal gücü 120,8 min ton olan 14 meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması məqsədilə 57,7 milyon manat və illik istehsal gücü 2,6 min ton quru meyvə olan 6 quru meyvə istehsalı müəssisəsinə 6,6 milyon manat güzəştli kredit verilib.
Konfransda bildirilib ki, bağçılığın inkişafında mühüm əhəmiyyət kəsb edən sahələrdən biri də logistik mərkəzlərdir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə müasir logistik mərkəzlərin inşasına başlanılıb. İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən tutumu 347,1 min ton olan 53 logistik mərkəzin yaradılmasına 170,5 milyon manat, o cümlədən Quba-Xaçmaz iqtisadi rayonu üzrə tutumu 70,5 min ton olan 14 logistik mərkəzin yaradılmasına 41,6 milyon manat güzəştli kredit ayrılıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Abbasov ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış Agentliyin fəaliyyəti barədə məlumat verib. Hazırda regionlarda, o cümlədən Xaçmaz və Siyəzəndə fəaliyyət göstərən "KOB dostları" vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərildiyi diqqətə çatdırılıb. F.Abbasov bildirib ki, Agentliyin müxtəlif dəstək mexanizmlərinin, eləcə də "KOB evi"nin yaradılması, regionlar üzrə "KOB dostu" şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda Quba və Qusarda da "KOB dostları" fəaliyyətə başlayacaq. Quba-Xaçmaz regionunda fəaliyyət göstərən sahibkarlar Agentliklə, xüsusilə də "KOB dostları" ilə sıx əməkdaşlığa dəvət edilib.
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva qurumların fəaliyyətləri, rəqabətqabiliyyətli Azərbaycan məhsullarının istehsalının artırılması və ixracının genişləndirilməsi istiqamətində assosiasiyaların gördüyü işlər barədə danışıblar. Tədbir çərçivəsində sahibkarlarla ənənəvi bazarlarda ölkəmizin mövqeyinin daha da gücləndirilməsini, potensial bazarlarda məhsullarımıza olan tələbatın artdığını nəzərə alaraq mövcud bağların bərpa edilməsi və yeni bağların salınması istiqamətində müzakirələr aparılıb.