Qaçqınların sayı artıb Dünya

Qaçqınların sayı artıb

Rusiyanın regionlarındakı müvəqqəti sığınacaq məntəqələrində Ukraynadan olan qaçqınların sayı 1800 nəfər də artıb
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Aleksandr Drobışevski bildirib ki, ölkə ərazisində 341 müvəqqəti sığınacaq məntəqəsi açılıb. Burada 9295-i uşaq olmala 23 843 ukraynalı qaçqın yerləşib: "Bundan başqa daha 8 mobil sığınacaq məntəqəsi açılaraq, qəbula hazır vəziyyətə gətirilib. Bu məntəqələrdə 3600 insan məskunlaşdırıla bilər". Drobışevski Rostov, Bolqoqrad, Həştərxan vilayətlərində, Sevastopol, Stavropolsk diyarının bir hissəsində və Kraçaevo-Çerkesi Respublikasının şəhər dairələrindən birində qaçqınların sayının artması ilə əlaqədar xüsusi rejim elan olunub.
O bildirib ki, Ukrayna vətəndaşları daha çox Krım və Sevastopolda, eləcə də mərkəzi və cənub federal dairələrin sərhəd rayonlarında məskunlaşırlar: "Həmçinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin bazasında qaynar xətt yaradılıb. Burada bütün sutka boyu mərburi köçkünlərə hər çür köməklik göstəriləcək. İndiyə kimi bu xəttə 3 mindən çox müraciət olunub".
Xatırladaq ki, Ukraynanın cənub qərbindən qaçqınların sayı iyun ayından başlayaraq artır. Buna səbəb Donbasda silahlılarla hökumət qüvvələri arasında baş verən toqquşmalardır.