Ukrayna ordusunun qələbələri Dünya

Ukrayna ordusunun qələbələri

Ukrayna Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Luqansk vilayətinin Aleksandrovsk, Beloye, Roskoşnoye, Metallist yaşayış məntəqələrini separatçılardan azad etdiyini və Luqansk hava limanının mühasirədən çıxarıldığını açıqlayıb.
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin sözçüsü Andrey Lısenko isə bildirib ki, Metalist yaşayış məntəqəsi uğrunda döyüş hələ davam edir.
Ukraynanın şərqində hərbi əməliyyatlar aparan hökumət qüvvələri daha əvvəl Slavyansk, Nikolayevka, Semyonovka şəhərlərini və başqa yaşayış məntəqələrini tam nəzarətə götürmüşdü.
Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.
İyunun 20-də Ukrayna prezidenti Pyotr Poroşenko Silahlı Qüvvələrə ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücum əmri verib.