Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
13 May 2019 13:31
1 134
13 may
İran Vaşinqton üçün Şimali Koreya, Suriya və Venesueladan ön plana keçərək, başlıca mövzuya çevrilib.
Bunu politoloq Elxan Şahnoğlu qeyd edib. O, ABŞ Dövlət katibi Mayk Pompeonun həftə ərzində İran mövzusuna görə iki səfərini təxirə saldığını bildirib:
“Berlinə getməliydi, ancaq o, bu səfəri son anda arxa plana ataraq İranı müzakirə etmək üçün İraqa getdi. Səfərin təxirə salınması Berlini ciddi narahat etdi, hətta Almaniya mətbuatında belə başlıqlar yazıldı ki, artıq ABŞ Almaniyanın müttəfiqi deyil, Vaşinqton bu ölkəni saymır. Bu gün də Pompeo Soçiyə getməli, rusiyalı həmkarı Sergey Lavrov və Rusiya Prezidenti Vladimir Putinlə görüşməli idi. Səfər yenə son anda ertələndi, Pompeo İranı müzakirə etmək üçün Brüsselə getdi”.
Politoloqun sözlərinə görə, Rusiya da artıq vəziyyətdən narahat olmağa başlayıb:
“ABŞ-ın İranı təhdid etməsi, sanksiyaları sərtləşdirməsi və Hörmüz boğazına hərbi təyyarələr daşıyan gəmisini göndərməsi bölgədə vəziyyəti getdikcə gərginləşdirir. Təsəvvür edin ki, Rusiyanın tanınmış şovinist siyasətçisi Vladimir Jirinovski Rusiyanın televiziya kanalında Ukrayna mövzusundakı proqramda Ukraynanın aktual olmadığını, diqqəti İrana yönətlməyi təklif etdi: “ABŞ İranı dağıtmağa hazırlaşır, böyük qaçqın axını ilə üzləşəcəyik. Müharibə Qafqazı, o cümlədən Azərbaycanı, Ermənistanı və Gürcüstanı dağıdacaq, biz Qafqazla sərhədi bağlamalıyıq”.
Əlbəttə, bunu xəstə təxəyyülün məhsulu kimi də qiymətləndirə bilərik. Ancaq o da həqiqətdir ki, İran ətrafında halqa daralır. ABŞ-İsrail planı nədirsə, bölgəyə yaxşı heç nə vəd etmir. Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır. İranı vurmaq və ya sıxışdırmaq istəyənlər Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almırlar”.