

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Rusiya ilə Gürcüstan arasında bütün humanitar və iqtisadi məsələlər üzrə danışıqlar tam dayanmaq təhdidi altındadır.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Parlamentlərarası Pravoslav Assambleyasındakı Rusiya nümayəndə heyətinin rəhbəri, deputat Sergey Qavrilov deyib. O, Gürcüstan parlamentində baş verən insidentdən sonra Rusiya nümayəndə heyətinin zalı təhlükəsizlik xidmətinin əməkdaşlarının müşayiəti ilə tərk etdiyini bildirib.
Qavrilov özünün Abxaziya və Dnestryanı savaşlarında iştirakı ilə bağlı yayılan məlumatların həqiqət olmadığını deyib.
Qeyd edək ki, Qavrilovun assambleyada spiker kürsüsündə oturması ciddi etirazla qarşılanıb və ondan ölkəni tərk etmək tələb edilib.